Azərbaycanda ana körpəsini boğub öldürdü

media-hightechnic-468x90

bogaraq oldurdu

Gəncədə dəhşətli qətl törədilib. Gəncə Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə fevralın 19-da şəhərin Kəpəz rayonunda qeydə alınıb. Rayon sakini, 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova 9 aylıq oğlu Elmir Telman oğlu Hüseynovu həyətdəki su quyusuna atıb. Nəticədə uşaq boğularaq ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən M. Hüseynova həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Məlumata görə, M. Hüseynova psixi xəstə olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600