!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ana ölümlərinə görə 12 nəfərə töhmət verilib - Həbs olunan da var

!Reklam – Yazi

Bu il baş verən ana ölümləri ilə bağlı 12 nəfərə töhmət elan olunub, hətta həbs olunan da var.

Yenicag.az bildirir ki, bunu mətbuata Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib.

S.Məmmədovanın sözlərinə görə, keçən il baş verən 20 ana ölümünə görə 50-dən artıq tibb işçisi inzibati tənbeh tədbirlərinə cəlb olunub. Onlar arasında həm dövlət, həm də özəl tibb müəssisələrinin işçiləri olub.

Baş mama-ginekoloq qeyd edib ki, bu ilin 3 ayı ərzində Azərbaycanda 7 ana ölümü faktı qeydə alınıb: “Son iki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici yüksək deyil. Ana ölümlərinin əsas səbəbləri baş beyində qan sızması, ürək xəstəliyi, böyrək və qaraciyər çatışmazlığı, endokrinoloji patologiyası olan piylənmə və s. olub”.

S.Məmmədova əlavə edib ki, Azərbaycan da adətən hamilə qadınların xəstəliklərini həkimlərdən gizlədirlər: “Mama-ginekoloqlarına məlumat vermədikdə onların xəstəlikləri hamiləlik zamanı inkişaf edir. Doğuşa yaxın isə onlar stasionar müəssisələrə yerləşdirirlər. Əvvəldən hamilə qadınların xəstəlikləri bilinsə, ona göstərilən tibb xidmət daha keyfiyyətli olardı”.

Həkim bildirib ki, ÜST-ün məlumatına əsasən, qadınlarda yaşla bağlı xroniki xəstəliklərin sayı artır. Ona görə də belə qadınların 25 yaşdan sonra hamilə qalması və onu başa çatdırması çətin olur və fəsadlaşma ilə nəticələnir:

“Azərbaycanda hamilə qadınlar arasında rast gəlinən səciyyəvi xəstəliklər arasında ilk yeri anemiya, ikinci yerdə böyrək, üçüncü yerdə ürək xəstəlikləri dayanır. Belə xəstəlikləri olan hamilə qadınlar ilkin qeydiyyat zamanı risk qrupuna daxil olan xəstəliklər kimi qəbul olunur. Bu xəstəliklər hamilə qadınların ölümünə səbəb olur”.

COP29

www.yenicag.az

1592
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv