!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Anadolu Universiteti təmsilçisindən açıqlama: "Universitet Azərbaycanda filial açmayıb" - FOTO

!Reklam – Yazi

Son günlər bəzi KİV-də adları açıqlanan xarici universitetlərin Bakı filiallarının siyahısında əsassız olaraq Anadolu Universitesinin də adı keçib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Anadolu Universitetinin təmsilçisi məlumat verib.

O bildirib ki, dünyanın 30-dan çox ölkəsindəki tələbələrə məsafəli təhsil üsulu ilə uzaqdan təhsil verən Anadolu Universiteti Azərbaycanda və ümumiyyətlə dünyanın heç bir ölkəsində filial açmayıb.

“Universitetimiz pandemiya şəraitində azərbaycanlı abituriyentlərin sağlamlığının qorunması məqsədi ilə 2021/2022-ci tədris ili üçün universitetə distant-məsafəli təhsil üzrə qəbulu imtahansız, sadəcə attestatla həyata keçirəcək. Bizim Anadolu Universitetində təhsil almaq istəyənlər bu sosial hesablardan müraciət edə bilərlər: “Instagram/facebook: @anadoluaz , www.anadolu.edu.az!””

 

Qeyd edək ki, Anadolu Universiteti 1958-ci ildə Türkiyənin dövlət universiteti olaraq qurulub və öz əyani təhsili ilə yanaşı 1982-ci ildən başlayaraq Türkiyədə və dünyada “Açıköğretim Sistemi” üzərindən məsafədən təhsil üsulu ilə uzaqdan təhsil verir. Türkiyənin Xarici İşlər Nazirliyi və Ali Təhsil Şurasının müvafiq rəylərini nəzərə alaraq universitet 2009-cu ildən başlayaraq Azərbaycandan da tələbə qəbul edir. Anadolu Universiteti Azərbaycana və azərbaycanlı tələbələrə hər zaman xüsusi önəm verir. Ulu öndər Heydər Əliyevin adının Türkiyədə-Eskişehirdə əbədiləşdirilməsi, yaşadılması məqsədilə 2013-cü ilin may ayında Azərbaycan Dövlət nümayəndə heyətinin də iştirakı ilə Anadolu Universitetində Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzi açılıb. Universitetin təhsil kоmpleksində əyani təhsil alan türk və azərbaycanlı tələbələrimizlə yanaşı, əcnəbi tələbələr də Azərbaycan haqqında ən dolğun məlumatları Universitetin Heydər Əliyev Mərkəzindən alırlar.

 

www.yenicag.az

645
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv