!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ANAMA loqosunu dəyişdirir - MÜSABİQƏ

!Reklam – Yazi

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 yanvar tarixli 1251 saylı fərmanı ilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb və Agentliyin Nizamnaməsində yeni loqotipin hazırlanması nəzərdə tutulub.

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, agentlik Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, onların müvəqqəti saxlanılması, daşınması və zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərir.

Yeni loqotipin dizaynı Agentliyin fəaliyyətini, strategiya və missiyasına dair elementləri özündə əks etdirməli, sadə və müasir dizaynda tərtib edilməli, eyni zamanda rəngli və konseptual görünüşlü olmalıdır.

Müsabiqədə bu günədək istifadə olunmayan və mövcud loqoların elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir.

Yeni loqotipin dizaynı üzrə seçilən qalib Agentliyin sertifikatı və hədiyyə ilə təltif olunacaqdır.

Layihə təkliflərini 01 mart 2021-ci ilin tarixinədək [email protected] elektron poçt ünvanına və ya ANAMA-nın Baş Qərargahına (Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi 260, 5-ci mərtəbə) təqdim edə bilərsiniz.

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv