!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ANAMA-nın əməkdaşı minaya düşdü

!Reklam – Yazi

Avqustun 6-da saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş Prokurorluqdan Yenicag.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, partlayış Ağdamın Baş Qərvənd kəndindən Uzun Dərə kəndinə çəkilən yeni yolun minalardan təmizlənməsi zamanı olub.

Hadisə nəticəsində yaralanan ANAMA-nın əməkdaşı Fərid Əliyev Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv