Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Anar Kərimovun İranın təxribatına cavab verəcək təcrübə və savadı yoxdur" - Partiya sədri naziri sərt TƏNQİD ETDİ

Reklam: High Technic

“Mədəniyyət Nazirliyi işbilməzliyi və özgüvənsizliyi ucbatından İran təxribatına qarşı səssiz qalıb”.

Paytaxtda təşkil olunan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında qurulan İran stendində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin rəsm-portreti titul şəkil kimi vurulub. İran təmsilçiləri bununla dahi Azərbaycan şairinin məhz “onlara” aid olduğuna dair aramsız iddialarını Bakıda ortaya qoyublar. Haqqında danışılan sərginin təşkilatçısı isə Azərbaycanın Mədəniyyət Nazirliyidir. Nazirlik bu cür İran təxribatına səssiz qalması cəmiyyətdə narazılığa səbəb olub.

Məsələ ilə bağlı AĞ Partiya sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında bildirib ki, Mədəniyyət Nazirliyinin məlum təxribata səssiz qalması bu qurumun işbilməzliyini açıq şəkildə göstərir:

“VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasındakı mövcud təxribat son günlər İran-Azərbaycan münasibətlərinin soyuqlaşması fonunda əlavə gərginlik mənbəyi yaradır. Mədəniyyət Nazirliyi Azərbaycan dövlətinin ümumi maraqlarına uyğun reaksiya verməlidir. Dövlətin xəttindən görünən odur ki, ölkəmiz İranın təhdidləri qarşısında geri çəkilməyi yox, əksinə cavab verməklə əks-hücum siyasətini həyata keçirir. İran tərəfinin verdiyi hər bir bəyanət Azərbaycanın qarşılıqlı cavabına məruz qalır. Mədəniyyət Nazirliyinin də məlum təxribata bu və ya digər formada cavab verməsi gözləniləndir, lakin hələlik bu qurum səssizlik nümayiş etdirir. Bu, təəssüf doğurur. Deməli, Mədəniyyət Nazirliyi öz vəzifəsinin öhdəsindən gələ bilmir. Mədəniyyət naziri ya bu məsələnin prinsipiallığını başa düşmür, ya da təxribata cavab verəcək təcrübə və savadı yoxdur. Ölkəmizdə Nizami Gəncəvinin məhz Azərbaycan şairi olduğunu sübut edəcək kifayət qədər elm adamları var. Yarmarka təşkil olunmadan öncə stendlərə ilkin baxış tələb olunmalı idi.

Ümumiyyətlə, mədəniyyət sahəsində hər zaman İran-Azərbaycan qarşıdurması yaranır. Azərbaycan xalçalarının dünyada İran xalçaları kimi təqdim olunması və satılması məsələsi də mövcuddur. Digər məsələlərdə də İran Azərbaycanla rəqabətdədir. Fikrimcə, Mədəniyyət naziri bu sahədə ciddi işlər görməlidir”.

Gülşən Şərif

www.yenicag.az

298
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100