Anasına görə həyatından keçdi-Foto
Həkimlər Çen Syatyanın başında şiş aşkar edəndə onun cəmi 7 yaşı var idi, amma bu onun ailəsində baş verən yeganə bədbəxt hadisə deyildi.
Eyni zamanda Çenin anası Çou Luya böyrəklərin xəstəliyini diaqnoz qoyulub. Xəstəlikərin hər ikisi ciddi idi onlar hər gün həyatda qalmaq üçün mübarizə aparırdılar. Çenin səhhəti tamamiylə pisləşdiyi zaman o ciddi bir qərar qəbul edib. 7 yaşlı qəhrəman valideyininə yalvarırdı ki, anasının yaşamağı üçün onun ölməyinə icazə versin. Xəstəlik nəticəsində Çenin gözləri tamamiylə kor olub və iflic keçirib, həkimlər bilirdilər ki, onun həyatının sonuna çox qalmayıb. Bundan əlavə olraq onlar qeyd etmişdilər ki, uşağın böyrəkləri anasına kömək ola bilər. Həkimlər Çouya böyrək transplantasiyanı keçirməyi təklif etdilər, buna baxmayaraq ana bu təklifi rədd edib. Bu sözləri eşitdikdən sonra uşaq onun böyrəyini qəbul etməsi üçün anasına yalvarmağa başlayıb. Hər bir şeydən əvvəl o anasının həyatını qurtarmaq istəyirdi.
Oğlunda bir parçanı ömrünün sonuna qədər bədənində daşıyacağını düşünərək bir müddət sonra ana bu təklifi qəbul edir, Çen öldükdən sonra onun böyrəyi anasına köçürüldü. Cərrahlar əməlyatı keçirməzdən öncə bir dəqiqə sükut ilə 7 yaşlı Çenin ruhunu yad ediblər, daha sonra həkimlər bildiriblər ki, ana oğlunun böyrəyi ilə normal həyata davam edəcək. Çenin qəhrəmanlığı nəticəsində anasından başqa daha iki nəfərə onun orqanı transplantasiya edilib.