Anasını 102 bıçaq zərbəsi ilə öldürən oğul cəzasından narazı qaldı

media-hightechnic-468x90

img1772713Bakı Apellyasiya Məhkəməsində anasını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Mürsəl Dünyamalıyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

media-banner_tuq

Yenicag.az apa-ya istinadən xəbər verir ki, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası aprelin 2-nə təyin edilib.

Qeyd edək ki, M. Dünyamalıyev 2013-cü il dekabrın 18-də anası Cəmilə Dünyamalıyevaya 102 bıçaq zərbəsi vuraraq qətlə yetirib. O, daha sonra könüllü olaraq Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə gələrək təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Dünyamalıyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05