!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Anasını öldürməyə cəhd edən şəxsə hökm oxundu

!Reklam – Yazi

Bakıda anasını öldürməyə cəhddə təqsirləndirilən Rövşən Nəcəfova hökm oxunub və o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Yenicag.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Nərimanov rayonu ərazisində qeyd alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Rövşən Nəcəfov birgə yaşadıqları yataqxananın qarşısında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı anası, 1975-ci il təvəllüdlü Bənövşə Nəcəfovanı bıçaqlayıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

R. Nəcəfov Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv