Anatoliy Konkov öldü

“İnter”in (hazırki “Şamaxı”) sabiq vitse-pezidenti və baş məşqçisi Anatoliy Konkov vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyası məlumat yayıb.

2004-06-cı illlərdə Bakı klubuna rəhbərlik edən mütəxəssis 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Konkov 2004-2006-cı illərdə çalışıb. Komanda onun rəhbərliyi altında 2004/05 mövsümündə Azərbaycan kubokunun finalçısı olub. O, keçmiş SSRİ-nin heyətində 1972-ci il Avropa çempionatında gümüş, 1976-cı ildə Olimpiya Oyunlarında bürünc medal qazanıb. Konkov Kiyev “Dinamo”sunda 4 dəfə SSRİ çempionu olub, Konkov 2012-2015-ci illərdə Ukrayna Futbol Federasiyasına rəhbərlik edib.