Ançelottidən sürpriz SEÇİM: “Zibillikdən çıxan” futbolçu milliyə ÇAĞIRILDI
“Real Madrid”dən ayrıldıqdan sonra Braziliya yığmasına baş məşqçi təyin olunan Karlo Ançelotti Dünya Çempionatının seçmə mərhələsində uğurlu start verib.
Yenicag.az “Haber Global”a istinadla xəbər verir ki, Ekvadorla 0:0 hesablı bərabərlikdən sonra Paraqvay üzərində 1:0 hesablı qələbə qazanan braziliyalılar mundiala vəsiqə qazanıb.
İtalyan mütəxəssisin heyətə qatdığı ən diqqətçəkən ad isə az tanınan müdafiəçi Aleksandro Viktor de Souza Ribeiro olub. “Lille”də çıxışı zamanı Ançelottinin diqqətini çəkən 1999-cu il təvəllüdlü futbolçu milliyə çağırılıb və ilk “11-lik”də yer alıb. Onun forma geyindiyi iki matçda Braziliya qapısından top buraxmayıb.
Uşaqlıqda “Flamengo”dan uzaqlaşdırılan, bir müddət küçələrdə satıcılıq və karton yığmaqla dolanan Aleksandro Portuqaliya klublarında çıxış etdikdən sonra “Lille”ə transfer olunmuşdu. Hazırda o, Braziliya mətbuatında “futbolun küçədən zirvəyə qalxan möcüzəsi” kimi təqdim olunur.