Ermənistan parlamentində kilsə SKANDALI – Paşinyan tribunadan katolikosu HƏDƏF ALACAQ

media-hightechnic-468x90

Ermənistanda yerli hakimiyyət nümayəndələri sessiyanın son iclasına hazırlaşır.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.

Qəzet yazır ki, həmin iclasın gündəliyi olduqca dolu olacaq.

Nəşrin məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın hökuməti Milli Məclisin tribunasından 2024-cü il büdcəsinin icrası ilə bağlı hesabat təqdim etməlidir. Əvvəlcə hesabatı Nikol Paşinyan özü təqdim edəcək, daha sonra isə hökumətin digər üzvləri çıxış edəcəklər. Ardınca Baş nazir kilsə ətrafında baş verən hadisələrlə bağlı danışacaq.

KİV-in hakimiyyət daxilindəki mənbələrinin verdiyi məlumata görə, Paşinyan Milli Məclis tribunasından katolikosun (Erməni Apostol Kilsəsinin rəhbəri) övlad sahibi olması məsələsini də gündəmə gətirməyə hazırlaşır.

Bütün bunlardan sonra isə Ermənistanın baş prokuroru Anna Vardapetyan iki müxalifətçi deputata qarşı cinayət işi başlanması ilə bağlı vəsatətini təqdim etməlidir.

Xatırladaq ki, iyunun 9-da Ermənistanın baş prokuroru Anna Vardapetyan Ermənistan Milli Məclisinin sədri Alen Simonyana deputatlar Seyran Ohanyan və Artsvik Minasyana qarşı cinayət təqibinə razılıq verilməsi üçün vəsatət təqdim edib. Milli Məclisin sədri Alen Simonyan bu vəsatətə razılıq verib. Hər iki deputat Göyçə gölünün sahilində mülk tikməkdə ittiham olunurlar.

Rafi Müslümov

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600