“Klassik düşmənçilik”dən real ƏMƏLƏ – Müharibə qonşunun QAPISINI KƏSDİRDİ

media-hightechnic-468x90

“İranın hava hücumundan müdafiə sistemlərini zəif hesab etmək olmaz”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib.

media-ibrahim-rustemlijpg-1589391271

Ekspert İsrailin İrana gecə saatlarında etdiyi bombardmanın pərdəarxasını şərh edib.

Onun sözlərinə görə, hazırda İsraillə İran arasında klassik, çox böyük tarixi düşmənçilik münasibətləri hər zaman bu və ya digər formada özünü göstərir:

“İran və İsrail arasındakı münasibətlər heç vaxt isti olmayıb. Bunun müxtəlif səbəbləri var və uzun-uzadı sadalamağa ehtiyac yoxdur. Hər bir halda, İranın nüvə silahı əldə etməsi İsrail və digər dövlətlər üçün çox böyük təhdid, təhlükə rolunu oynayır. Ümumiyyətlə, bu hadisənin baş verəcəyi gözlənilən idi. İsrail dəfələrlə İranın uranın zənginləşdirməsi, atom nüvə silahı kimi atdığı addımları kəskin şəkildə pisləmiş, buna adekvat cavablar vermək barədə konkret mesajlar verib. Bu gün artıq bu reallaşıb. İsrail hökuməti özünün son dərəcə inkişaf etmiş xarici kəşfiyyat sisteminin geniş imkanları sayəsində mesajlarını praktik şəkildə verməyə başlayıb. Sözdə deyilənlər əməldə də öz əksini tapmış və İranın bel sütununa ağır zərbələr endirməyi bacarıb”.

Hərbi ekspert Azərbaycanın qonşu dövlətin bu formada vurulmasını qəbul etmədiyini də qeyd edib:

“Biz İranla qonşu ölkə olaraq bu hücumları təqdir etmirik. Müharibənin bizə yaxınlaşması və ya baş verən hadisələrin Azərbaycanla məsafəsi çox qısadır və bunun fəsadlarını Azərbaycan da yaşayacaq. Bu münasibətlər danışıqlar üzərində aparılmalı və qalib də danışıqlar masası arxasında müəyyənləşdirilməlidir”.

Hərbi ekspert hər iki dövlətin xarici kəşfiyyat sistemini müqayisə edərək bildirib:

“Belə götürəndə, İranın xarici kəşfiyyat sistemi ilə İsrailin xarici kəşfiyyat sistemi arasında yerlə göy qədər fərq var. İsrailin bu sahədə əldə etdiyi uğurlar bütün dünyaya nümunə ola biləcək qədər böyükdür. Dünyanın ən böyük dövlətləri, o cümlədən ABŞ, İngiltərə, Almaniya kimi ölkələri İsraildən bu cəhətdən geridə qalır. İranın isə hazırkı vəziyyəti görünən idi. İranın xarici kəşfiyyat sisteminin göstəricisi budur ki, İsrail bir anın içərisində nöqtə zərbəsi ilə İranı mənzil-mənzil vura bilər. Öldürülən vəzifəli şəxslər hansı mənzildə olublarsa, o mənzil vurulub. İsrail bununla demək istəyir ki, mənim əsas hədəfim sənin nüvə silahı ilə bağlı əməkdaşlıq etdiyin adamlardır. Buna baxmayaraq, İranın hava hücumundan müdafiə sistemlərini zəif hesab etmək olmaz. Sadəcə İsrail bu sahədə çox ciddi uğurlara nail olub”.

Nurlan Cəfəri

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600