"Əqrəb mövsümü" bu hadisə əsasında çəkilib: Onların sonrakı taleyi necə olub? - ARAŞDIRMA / FOTO

media-hightechnic-468x90

“İctimai” TV-də yayımlanan “Əqrəb mövsümü: İki dünya bir olsa da” serialının ikinci mövsümünün final bölümü yayımlanıb.

Yenicag.az xəbər verir ki, final bölümündə baş verən hadisələrin real qəhrəmanlarının fotoları da göstərilib.

Serialın ilk bölümündən etibarən hadisələrin reallığa əsaslandığı qeyd edilsə də, harada və necə baş verdiyi bildirilmirdi.

Lakin son fotolarla araşdırma apardıqda məlum olur ki, hadisə 1976-cı ildə Moskvada baş verib.media-scale_1200-2

14 yaşlı Kolya ilə balaca bacısı Maşanın yoxa çıxmasından sonra atası Qriqori Deryevyankonun evinə 15 min rubl tələb edildiyinə dair məktub gəlir. Tələb edilən pulu Qriqorinun keçmiş həyat yoldaşı Olqa istənilən yerə aparır və orada öldürülür.media-scale_1200-3

Daha sonra pulların üzərindəki xüsusi işarə ilə cinayətkarların izinə düşülür. Onlardan birinin Olqanın ögey bacısı Lyuba ilə eyni soyadlı olduğu üzə çıxır və Lyubanın qardaşı ilə onun tanışının bu cinayəti törətdiyi aşkarlanır.media-scale_1200-1

Lyubanın məqsədi Deryevankonun həyat yoldaşı və uşaqlarını aradan qaldıraraq onunla birlikdə olmaq idi.​

Kolya və Maşa isə bir yol tapıb qaçmaq istəyəndə onları cinayətkarlar saxlayır. Kolya bacısına qaçmasını söyləyir, özü isə onlarla tək qalır. Maşa kömək çağıranda isə artıq gec olur: Kolya öldürülmüşdü.media-scale_1200

Həqiqəti öyrəndikdən sonra Deryevanko keçmiş sevgilisini boğaraq öldürür və 10 il azadlıqdan məhrum edilir. 6 il həbs həyatı yaşadıqdan sonra qızı ilə birlikdə Qərbi Avropaya köçür.

Hadisə ilə bağlı 2013-cü ildə “İstintaq aparıldı…” sənədli filminin “Nəyin bahasına olursa olsun” adlı buraxılışı efirə gedib. Maraqlıdır ki, “Əqrəb mövsümü”nün ikinci mövsümünün adı da bu verilişdəki ilə eyni seçilib: “İki dünya bir olsa da”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600