Zemfira sualdan ƏSƏBİLƏŞDİ: “Qardaş, nəyinə lazımdır mənim...”
“Qardaş, mənim sənətimdən sual ver, sənətimdən danışım. Mənim qızımdan, övladımdan, yoldaşımdan, evimdən-eşiyimdən sual vermə”.
Yenicag.az xəbər verir ki, bunu müğənni Zemfira İbrahimova “Tarixin bir günü” verilişində deyib.
Sənətçi özünə qadağa qoyduğunu bildirib:
“Gündəlik məişətimiz, davranışımız, həyat tərzimizi efirə yansıdırıq və efir vasitəsilə tamaşaçılara ötürürük. Buna görə də elə müğənnilər, insanlar var ki, istəmirsən, onlarla bərabər efirə çıxasan. Bu gün Zemfira İbrahimova kimi tanınıramsa, sevilən nəğmələrim, ifalarım varsa, mənə sənətimdən sual verin. Ayaqqabı buradan getdi, “sumka” oradan gəldi, evi neçəyə aldın, evinin kvadratı nə qədərdir? Artıq adam çəkinir. Həqiqətən də özümə qadağalar qoymuşam, bəzi efirlərə, ümumiyyətlə, çıxmayacağam. Qardaş, mənim sənətimdən sual ver, sənətimdən danışım. Mənim qızımdan, övladımdan, yoldaşımdan, evimdən-eşiyimdən sual vermə”.
Nehru