“AC Milan” Qranit Xaka üçün danışıqlara HAZIRLAŞIR
Yarımmüdafiə xəttində islahatları davam etdirən “AC Milan” klubu növbəti transfer hədəfi kimi “Bayer Leverkusen”in isveçrəli futbolçusu Qranit Xakanı nəzərdən keçirir.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı İtaliyanın nüfuzlu “Gazzetta dello Sport” nəşri yayıb.
Xəbərə görə, baş məşqçi Massimiliano Alleqrinin yarımmüdafiə xəttində yenidənqurma planı çərçivəsində “AC Milan” rəhbərliyi Xakanın transferi üçün Almaniya klubu ilə rəsmi danışıqlara başlamağa hazırlaşır.
Qeyd edək ki, 2023-cü ildə İngiltərənin “Arsenal” klubundan “Bayer Leverkusen”ə keçən Granit Xhakanın alman təmsilçisi ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir.
İtaliya klubunun rəhbərliyində baş verən dəyişikliklər fonunda futbolçunun transferə müsbət yanaşdığı ehtimal olunur. Lakin “AC Milan”ın öncə “Bayer Leverkusen” ilə razılığa gəlməsi vacib amil kimi göstərilir.
Xatırladaq ki, Qranit Xaka ötən mövsüm Bundesliqada 33 oyunda meydana çıxaraq 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Göycə Göycəyev