“Dark Web” TƏHLÜKƏSİ: Pulunuz belə ƏLƏ KEÇİRİLİR – MÜSAHİBƏ

media-hightechnic-468x90

Son vaxtlar vətəndaşların bank kartlarından külli miqdarda vəsaitlər dələduz şəbəkələr tərəfindən oğurlanır. Daxili İşlər Nazirliyi bu barədə sosial şəbəkə hesablarından və televiziya vasitəsilə dəfələrlə vətəndaşlara xəbərdarlıqlar etsə də, bu kimi hallar azalmaq əvəzinə artan tempdə davam edir.

Buna səbəbləri nədir? Sözügedən problemin qarşısını necə almaq olar?

Yenicag.az bu suallara cavab almaq üçün İT mütəxəssisi Elvin Abbasovun müsahibəsini təqdim edir:

media-1724758148007-7766elvin-s

– Son vaxtlar Azərbaycanda vətəndaşların bank kartlarından oğurluq hallarının artması müşahidə edilir. Bu cür halların səbəbləri nədir?

– Əvvəla onu qeyd edim ki, bu halların başlıca səbəbi vətəndaşların öz bank məlumatlarını, xüsusilə də CVV/CVC kodunu, OTP şifrələrini və digər məxfi məlumatları dələduzlara təqdim etməsidir. Hücumların çoxu sosial mühəndislik üsulları ilə. yəni aldatma və inandırma yolu ilə həyata keçirilir. Vətəndaşlar bu cür mesajlara və zənglərə cavab verdikdə, özləri bilmədən kart məlumatlarını təqdim edirlər. Bu isə vəsaitin dərhal oğurlanmasına səbəb olur.

– Bu kiberdələduzluq hallarının “Dark Web” ilə əlaqəsi ola bilərmi?

– Bəli, təəssüf ki, mümkündür. “Dark Web”də müxtəlif ölkələrdən oğurlanmış şəxsi məlumatlar, o cümlədən kart nömrələri, şəxsiyyət vəsiqəsi fotoları, istifadəçi adları və parollar satışa çıxarılır. Əgər hər hansı bir istifadəçinin məlumatı bir dəfə oğurlanıb və orada yayımlanıbsa, o, sonrakı hücumlara da hədəf ola bilər. Bu da göstərir ki, təkcə yerli deyil, qlobal risklərə də məruz qalırıq.

– Bank kartlarının özü güvənli deyilmi, yoxsa problem vətəndaşların rəqəmsal səriştəsindədir?

– Texniki baxımdan bankların təhlükəsizlik sistemləri güclü qurulub. Lakin ən zəif halqa hər zaman insan faktorudur. Rəqəmsal səriştə, yəni şəxsin texnologiyanı necə istifadə etməsi, öz məlumatlarını necə qoruması bu prosesin mərkəzində dayanır. Vətəndaşın öz kart məlumatını paylaşması ilə dünyanın ən güclü təhlükəsizlik sistemi belə onu qoruya bilməz. Ona görə də maarifləndirmə və davamlı təlim əsas çıxış yoludur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600