!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankara-Tiflis-Bakı mexanizmini canlandırmaq istəyirik - Ərdoğan

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, telefon danışığı zamanı İ.Qaribaşvili Gürcüstan hökuməti və xalqı adından Türkiyədə baş verən yanğınlar nəticəsində insan tələfatı və dağıntılarla əlaqədar T.Ərdoğana bir daha başsağlığı verib.

Türkiyə Prezidenti öz növbəsində İrakli Qaribaşviliyə təşəkkürünü bildirib.

Belə günlərdə Türkiyə ilə Gürcüstan arasında strateji tərəfdaşlığın daha da önəmli olduğunu ifadə edən T.Ərdoğan, Gürcüstanı regional əməkdaşlığın açarı olaraq gördüklərini qeyd edib.

Xüsusilə regional nəqliyyat və elektrik xətlərinin səmərəliliyi və təhlükəsizliyi baxımından birgə tədbirlərin əhəmiyyətini vurğulayan T.Ərdoğan, nazirlər və deputatlar tərəfindən uğurla həyata keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq istəyini ifadə edib.

www.yenicag.az

523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv