!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankaraya CIA HƏMLƏSİ: “Bu basqıların kökündə Türkiyənin yüksəlişi dayanır” – ŞƏRH

!Reklam – Yazi

“Ərdoğanın bəyanatı o deməkdir ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının altıncı, ya da yeddinci üzvü olmağa iddialıdır”.

Bu fikirləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsin Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanla telefon söhbətində Ankaranı Suriyanın şimalında planlanan yerüstü əməliyyatdan çəkindirmək cəhdini şrh edən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, Türkiyənin üzərinə basqıların artması, onu öz maraqlarından geri çəkilməyə vadar etmək cəhdlərinin kökündə qardaş ölkənin yüksəlişi dayanır:

“Mən əvvəllər də oxşar mövzularda danışarkən dəfələrlə bildirmişəm ki, müasir Türkiyə iyirmi beş-otuz il önəci ölkə deyil. O zaman xarici maliyyə və texnologiyadan asılı olan, regional və qlobal siyasətdə sözü keçməyən Türkiyə indi tamamilə fərqli vəziyyətdə, statusdadır.

Bu dəyişikliyin ilkin şərti Türkiyənin ilk növbədə səmada öz mövcudluğunu hakimliyini təmin edə bilməsidir. Tarixə baxsaq görərik ki, türklər tarixən quruda və dənizdə çox irəli getsələr də, səmada indiyə kimi ciddi uğurları olmamışdı. Amma bu gün Türkiyə o boşluğu məhz elmin inkişafı sayəsində dolduraraq öz sözünü keçirən dövlətə çevrilib.

Dövlətin gücü və imkanları artdıqca, o öz milli maraqlarını daha qətiyyətlə müdafiə etməyə başlayır. Cənab Ərdoğanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin beş məlum ölkə ilə məhdudlaşdığını, bunun çağdaş dünyada yetərli olmadığını nəzərdə tutaraq, “Dünya beşdən böyükdür” mesajını vermişdi. Bu o deməkdir ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının altıncı, ya da yeddinci üzvü olmağa iddialıdır.

İndi Türkiyənin üzərinə basqıların artması, onu öz maraqlarından geri çəkilməyə vadar etmək cəhdlərinin kökündə qardaş ölkənin yüksəlişi dayanır. Türkiyənin Suriyanın və İraqın şimalında keçirdiyi əməliyyatların tək məqsədi öz sərhədlərinin təhlükəsizliyini təmin etməkdir. Amma böyük güclər bununla razılaşmaq istəmirlər. Ona görə də artıq MKİ-nin direktoru şəxsən açıq mətnlə Türkiyəni planlaşdırdığı əməliyyatlardan imtina etməyə çağırır. Türkiyəyə son illərdə belə basqılar çox olsa da, onlar nəticəsiz qalıb. Hər halda, bu dəfə də elə olacaq. Yəni Türkiyə o əməliyyatların keçirilməsinə qəti qərar verəcəksə, onu sona qədər icra edəcək”.

A.Zeynalov

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv