Antalyada güclü meşə yanğınları – FOTOLAR

Türkiyənin Antalya şəhərində güclü meşə yanğınları olub.

Yenicag.az haberler.com-a istinadən xəbər verir ki, Antalya əyalətinin rəhbərliyinə istinadən xəbər verir ki, Manavqat bölgəsində baş verən meşə yanğınlarının söndürülməsində 15 vertolyot iştirak edir.

Bununla yanaşı, yanğınların söndürülməsi üçün 6 buldozer və 106 yanğınsöndürən maşın cəlb olunub. Yanğının söndürülmə işləri davam etdirilir.