!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Antalyada soydaşlarımız qalıb - AZAL hələ də susur

!Reklam – Yazi

Antalyada qalan azərbaycanlılar vətənə qayıda bilmirlər.

Yenicag.az xəbər verir ki, Türkiyə ilə Azərbaycan arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar olaraq Türkiyə ərazisində qalmış Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi üçün İstanbul və Bakı istiqamətləri üzrə reyslər təşkil olunub.

Lakin Antalyada qalan soydaşlarımızın nə vaxt dönəcəyi sual altındadır.

Redaksiyamıza daxil olan şikayətlərdə deyilir ki, Antalyadakı Azərbaycan vətəndaşları, xüsusilə tələbələrimiz geri qayıtmaq istəsələr də, bu mümkün deyil. AZAL isə telefonlara cavab vermir.

Onlar səfirlikdən də dəqiq məlumat əldə edə bilmirlər.

Aslı İsmayılzadə

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv