!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Antiterror əməliyyatı və NƏTİCƏLƏRİ: "Azərbaycan bir çoxlarının planını pozdu"

!Reklam – Yazi

“Əgər təslimçilik məsələsinin sahədə həyata keçirilməsinə əsgəri müdaxiləsi lazım gələcəksə, Azərbaycan tərəfi buna gedəcək”.

Bu fikri keçirilmiş antiterror əməliyyatı və bu əməliyyatın nəticələrini dəyərləndirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, Azərbaycan Ermənistanın, separatçıların, Rusiyanın planını pozdu:

“Antiterror əməliyyatının bir hərbi, bir də siyasi məqsədi var idi. Antiterror tədbiri o zaman sonlanmalı idi ki, separatçı rejim rəhbərliyi təslim olmalı, hərbi hədəfi də o zaman sonlanmalı idi ki, separatçıların hərbi qanadı da təslim olduqlarını deməli idi. Bunlar hər ikisi sahədə baş verib.

Qarşı tərəf təslim olmaq təklifini qəbul edirsə, digər tərəfin qəbul etməmə şansı olmur. Azərbaycan tərəfi qarşı tərəfin təslimçilik təklifini qəbul etdi. Əsgərlərimizə deyilib ki, hardasınızsa, orda da durun. Azərbaycan tərəfi öz ordusuna deməyib geri çəkilsin. “Orda durun” o deməkdir ki, əgər qarşı tərəf təslimçiliyin arxasından qaçacaqsa, əsgərə “davam” komandası veriləcək. Bunun icrasını sahədə görməliyik ki, təslim olmaq istəyən tərəf təslimçiliyi necə həyata keçirir. Təslimçilik məsələsinin sahədə həyata keçirilməsinə əgər əsgəri müdaxiləsi lazım gələcəksə, Azərbaycan tərəfi buna gedəcək.

Təslimi qəbul etməyə də bilərdik, görməzdən də gələ bilərdik. Əgər təslimçiliyi qəbul etməsək, cəmiyyətimizin gözləntiləri kimi Xankəndiyə, Xocalıya, Ağdərəyə girib mülki əhalini də hədəf etmək məcburiyyətində qala bilərdik. Orda hərbçilərlə mülkilər qarışıqdır. Bütün zirehli texnikaları, artileriya vasitələrini kəndlərin içərisində yerləşdiriblər. Hamısının da yanında bir mülki maşın yerləşdirilib.

Onlar aylardır ki, “soyqırım” haqqında danışırdılar. Bu faktlar ortaya qoyulacaqdı və bir gün sonra BMT Təhlükəsizlik Şurasının iclası və qətnamə qəbul ediləcəkdi. Bunun üzərinə erməni tərəfinin planı var idi. Bu planı da pozduq. Tam da doğrusunu etdik. Sahədə onsuzda qalib olacaqdıq və olmuşuq. Diplomatiya sahəsində onun altından çıxmaq çox ağır olardı.

Qarşı tərəf Ermənistanın da, separatçıların da, Rusiyanın da planı ondan ibarət idi ki, Azərbaycan əsgəri şəhərlərə girsin, hərbçi, mülki demədən qırsın. Bu pradiqmaları alt-üst etdik, cəmiyyətimiz isə bunu incəliklə qəbul etmək istəmir.

Separatçılar təslim olub, BMT-də isə Azərbaycana qarşı heç bir addım atılmadı. Qalibiyyəti ordular necə həyata keçirirsə, siyasətçilər də altını doldurur”.

Səxavət Məmməd

www.yenicag.az

1714
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv