"Antiterror tədbirləri zamanı mülki əhali hədəf alınmadı" - Ayxan Hacızadə

media-hightechnic-468x90

“44 günlük müharibədən bu yana, son 3 il ərzində Azərbaycan dəfələrlə bildirib ki, ermənilər də daxil olmaqla bütün etnik qrupların Azərbaycan qanunvericiliyi və konstitusiyasında nəzərdə tutulmuş bütün hüquqlarını təmin etməyə hazırdır”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “The İnsider” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, rəsmi Bakı Qarabağ bölgəsində yaşayan etnik erməniləri Azərbaycan cəmiyyətinin bir hissəsi hesab edir: “Biz milli qanunvericiliyə uyğun olaraq onların hüquq və təhlükəsizliyini qorumağa hər zaman hazırıq”.

A.Hacızadə qeyd edib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 4-cü maddəsinə indiyədək əməl etməyib: “Ermənistan silahlı qüvvələri Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə paralel olaraq geri çəkilməli idi, lakin bu yerinə yetirilməyib. Son bir neçə gün ərzində Ermənistan qoşunlarının hərbi eskalasiyaya səbəb olan təxribat-kəşfiyyat əməliyyatı nəticəsində altı polis və iki mülki şəxs həlak olub”.

XİN rəsmisi bildirib ki, Azərbaycan Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı yüksək dəqiqlikli silahlardan istifadə edib: “Demək olar ki, heç bir mülki obyekt vurulmayıb. Lakin 44 günlük genişmiqyaslı müharibəyə nəzər saldıqda görərik ki, Azərbaycan tərəfdən mülki əhali arasında itkilər Ermənistan tərəfinin mülki itkilərindən qat-qat çox olub. Bu o deməkdir ki, Azərbaycan heç vaxt mülki əhalini hədəfə almayıb”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05