!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Apple“ şirkəti “iPhone“ istifadəçilərinə xəbərdarlıq etdi

!Reklam – Yazi

ABŞ-ın aparıcı texnologiya şirkətlərindən biri olan “Apple” istifadəçilərinə xəbərdarlıq edib. 

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət telefonlarını şarja qoyan istifadəçilərə cihazları ilə təmasdan çəkinmələri barədə xəbərdarlıq edib:

“Cihaz şarjda olarkən əlinizi telefon və ya şarj aləti ilə uzunmüddətli təmasdan uzaq tutun. Bu məsələdə istifadəçiləri məsuliyyətli olmağa səsləyirik. Bu, gələcəkdə yaralanmalara, ciddi dəri xəstəliklərinə səbəb ola bilər”.

Bundan əlavə “Apple”ın internet saytında “iPhone üçün vacib təhlükəsizlik məlumatı” başlığı altında da istifadəçilərə xəbərdarlıq edilib.

Xəbərdarlıqda “iPhone” istifadəçilərinə xüsusi olaraq bildirilib ki, telefonlarını bütün gecə boyu şarj cihazına bağlı saxlamasınlar.

Həmçinin onlara cihazlarını adapterə taxıb yorğan, yastıq altına qoymamaq və bu şəkildə yatmamaq tövsiyə olunub. Qeyd olunur ki, telefonların uzun müddət havasız mühitdə adapterə taxılı halda qalması ciddi təhlükəyə səbəb ola bilər./yenisabah.az/

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv