!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqil Ələsgər “Ülke TV” EFİRİNDƏ: “Azərbaycandakı FETÖ-çülər bir müddət ortada görünməsələr də, son dövrlərdə...” – VİDEO

!Reklam – Yazi

“Bununla həm Azərbaycanın, həm də Türkiyənin əsla lehinə olmayan məsələlərdə addımların atılmasında FETÖ-çülərin olduğunu görürdük”.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər Türkiyənin nüfuzlu “Ülke TV” kanalına müsahibəsində Azərbaycanda FETÖ terror şəbəkəsi əleyhinə keçirilmiş son əməliyyatı dəyərləndirib.

Aqil Ələsgərin sözlərinə görə, FETÖ şəbəkəsinə qarşı keçirilən əməliyyatların davamlı olması zəruridir:

“Siz də vurğuladınız, burada əsas məqam ondan ibarətdir ki, məhz Türkiyə Daxili İşlər Nazirliyinin məlumatı əsasında Azərbaycan Daxili İşlər Nazirliyi belə bir əməliyyat həyata keçirdi. Bu o anlama gəlir ki, Azərbaycanla Türkiyə bütün sahələrdə olduğu kimi, daxili təhlükəsizlik məsələsində də birgə hərəkət edir və bu mübarizə birlikdə davam etdirilir.

Azərbaycanda FETÖ əleyhinə keçirilən əməliyyat samanı saxlanılanların təhsil sektorunda fəaliyyət göstərdikləri bilinməkdədir. Onların vaxtilə FETÖ-yə bağlı məktəblərdə dərs dedikləri də yayılan məlumatlar arasındadır. Bu baxımdan, keçirilən əməliyyatların davamlı olması ehtimalı mövcuddur, bu çox zəruridir və belə olmasını gözləyirik.

Müxtəlif platformalarda, bu studiyadan da dəfələrlə söyləmişdik ki, FETÖ Azərbaycanda ciddi şəkildə strukturlaşmışdı. Ağsaqqalımız Hasan Öztürk cənab Ərdoğanın Azərbaycana son səfəri ilə bağlı qələmə aldığı yazıda da FETÖ mövzusuna toxunmuşdu.

Çünki FETÖ-çülər özlərini bir müddət kənarda sakit saxlayaraq ortada görünməsələr də, artıq son illərdə bir çox sferalarda – bürokratik aparatda, təhsildə, iş dünyasında, mediada və sair sahələrdə ciddi şəkildə ortaya çıxmağa başlamışdılar. Bununla həm Azərbaycanın, həm də Türkiyənin əsla lehinə olmayan məsələlərdə addımların atılmasında FETÖ-nün barmağının, FETÖ-çülərin olduğunu görürdük”.

Aqil Ələsgərin “Ülke TV”yə müsahibəsini tam olaraq buradan izləyə bilərsiniz:

www.yenicag.az

2896
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv