!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqrar PROBLEMLƏR: “Kənd təsərrüfatı üçün yararlı torpaq sahələrində azalmalar var” - EKSPERT ŞƏRHİ

!Reklam – Yazi

“Son 20 il ərzində bu sahələrin təxminən 200 min hektara qədərində azalmalar müşahidə edilir”.

Bu sözləri kənd təsərrüfatında mövcud problemlərə münasibət bildirən iqtisadçı ekspert Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, ölkənin torpaq ehtiyatlarının məhdud olması kənd təsərrüfatı sahəsinin bütün növ fəaliyyətlərində məhsuldarlığın artırılmasını zərurətə çevirir:

“Azərbaycanda kənd təsərrüfatı sahəsində sahibkarlıq subyektlərini işi və maldarlıq fəaliyyətində yaranan problemlər bilavasitə yem məhsullarının bahalığı və örüş sahələrinin azlığından qaynaqlanır. Digər problemlərdən biri də su ehtiyatlarının çatışmazlığıdır ki, bu da təkcə əkin sahələrinin məhsuldalığına deyil, eyni zamanda heyvandarlığa da öz təsirini göstərir. Çünki yem məhsullarının yetişdirilməsinə mənfi təsir etmiş olur. Bu baxımdan məhz su ehtiyatlarının rolu bu sözügedən sahədə çox böyükdür.

Nəzərə alsaq ki, ölkənin kənd təsərrüfatı sektoru üçün 4 milyon hektardan bir qədər artıq yararlı torpaq sahəsi vardır ki, buradan da təqribən 2 milyondan bir qədər artıq hissəsi örüş və biçənək sahələri üçün istifadə edilir. Amma son 20 il ərzində bu sahələrin təxminən 200 min hektara qədərində azalmalar müşahidə edilir.

Fikrimcə, heyvandarlıq sahəsində olan problemlər qarşıdakı dövr ərzində də qaçınılmaz olacaq. Nəticə etibarilə, bütün bu göstəricilər məhsul və heyvan bazarında qiymətlərə təsir edir.

Kənd Təsərrüfatı Nazirliyindən verilən açıqlamalarda həqiqət payı vardır ki, fermerlər daha çox cins malların saxlanılmasına üstünlük verir. Buna görə də iri və xırda buynuzlu heyvanların baş hesabı ilə sayında azalma müşahidə edilsə də, müəyyən həcm etibarı ilə artmalar vardır. Bunun da əsas səbəbi cins heyvanların yetişdirilməsindən qaynaqlanır.

Ölkənin torpaq ehtiyatlarının məhdud olması kənd təsərrüfatı sahəsinin bütün növ fəaliyyətlərində, eləcə də əkinçilik və heyvandarlıq sahəsində məhsuldarlığın artırılmasını zərurətə çevirir. Yəni məhsuldarlıq artmayana qədər problemlər yerində qalacaq. Çünki yararlı torpaq sahələrinin miqdarında dəyişikliklər yoxdur. Digər bir yandan da əhalinin və tələbatın artımı müşahidə olunur. Buna görə də artan tələbatı ödəmək və ÜDM ilə kənd təsərrüfatının rolunu artırmaq istəyiriksə, yalnız və yalnız bir yol var: məhsuldarlığın payını artırmalıyıq”.

Yusif Səmədzadə

www.yenicag.az

345
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv