Rusiya Çinlə viza rejimini ləğv etdi

media-hightechnic-468x90

Rusiya Çindən olan vətəndaşlar üçün Rusiyaya səfər etmək üçün viza tələbini ləğv edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, gələn ilin sentyabrın 14-ə kimi olan müddəti əhatə edən müvafiq fərman Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanıb.

Sənədə görə, qarşılıqlı olaraq Çin vətəndaşları Rusiya hüdudlarına viza olmadan daxil olub, 30 gündən çox olmamaqla ölkə ərazisində qala biləcəklər.

Sənəddə eyni zamanda qeyd olunur ki, çinlilər Rusiyaya turistik və işğüzar məqsədlərlə, eləcə də elmi, mədəni, ictimai-siyasi, iqtisadi və idman tədbirlərində iştirak üçün gedə biləcəklər.

Vizasız rejimlə bağlı fərman eyni zamanda Çinli vətəndaşların (üçüncü dövlətlərin ərazilərin) tranzit keçidlərinə şamil olunacaq./”Unikal” /

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05