!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Aqrar Universitet varsa, Kənd Təsərrüfatı Kolleci niyə yaradılır?” – Elçin Əfəndi

!Reklam – Yazi

“Yeni kollec formalaşdırmaqdansa, universitetdə əlavə ixtisasların yaradılması daha yenilikçi addım olardı”.

Bu fikirləri Yenicag.az-a müsahibəsində Kənd Təsərrüfatı Kollecinin yaradılması haqda qərarı şərh edən təhsil eksperti Elçin Əfəndi deyib.

– Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində yeni kollecin yaradılmasına qərar verilib. Artıq Kənd Təsərrüfatı Nazirliyi kollecin tikintisinin layihələndirilməsi üçün “FENİKS-AA” MMC ilə dəyəri 94 min 300 manat olan müqavilə də imzalayıb. Bu kollecin fəaliyyəti aqrar mütəxəssislərin hazırlanmasına nə verə bilər?

– Əslində, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) olduğu halda, belə bir kollecin yaradılmasına ehtiyac yoxdur. Çünki ADAU-da olan ixtisasların bir çoxu kənd təsərrüfatı sahəsi üzrə kifayət qədər kadrların yetişdirilməsinə imkan verir. Amma düşünürəm ki, ADAU-da əsasən, müasir dövrün tələblərinə cavab verən texnoloji avadanlıqlarla işləyəcək mütəxəssislərin hazırlanması üçün yeni ixtisasların yaradılmasına daha çox zərurət var. Yəni kollec yaratmaqdansa, universitetdə bu qəbildən olan ixtisasların yaradılması daha yenilikçi addım olardı. Kollecin yaradılmasının bir müsbət tərəfi ola bilər ki, universitetdə mövcud olan ixtisasları kollecə yönləndirib, universitetdə yeni ixtisaslar yaradılsın.

– Yeni kollecin fəaliyyəti hansı hallarda effektli ola bilər?

– ADAU-nun yaratdığı kollecdə əsasən, baytarlıq, aqronomluq, meşə və park təsərrüfatı, ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə, zootexniklik, aqrar (fermer) təsərrüfatının təşkili, aqrar təsərrüfatın mexanikləşdirilməsi və s. kimi ixtisaslar yer alacaq. Amma bunlarla yanaşı, avtomatlaşmış sistemlər, aqrar sahənin informasiyalaşdırılması və sair kimi yeni ixtisaslar da olarsa və bundan əlavə, faəliyyət sahəsi əsasən, kənd təsərrüfatının inkişafına yönəlik amilləri əhatə edərsə, bəlkə effektiv nəticə əldə etmək olar.

– İndiki dövrdə gənclərin kənd təsərrüfatı sahəsi üzrə təhsil almaq marağı hansı səviyyədədir?

– Gənclərin kollecdə təhsil almalarına çağırış vacibdir. Amma onlar düşünəcəklər niyə məhz kollec? Bu zaman “niyə” sualına kollec cavab verməlidir. Əgər peşəkar kadr hazırlığı olarsa və o kadrın karyera problemi olmazsa, eləcə də kənd təsərrüfatı sahəsi üzrə işləməyinə kömək göstərilərsə, o zaman kollec seçimi qaçılmaz olar. Bütün bunlar olmayacaqsa, gənclərin də kənd təsərrüfatı üzrə ixtisaslaşmağa marağı artmayacaq.

Gülşən Şərif

www.yenicag.az

4180
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv