Aralıq dənizində 6 min qaçqın xilas olunub

media-hightechnic-468x90

6DD3231F-62E1-44E5-83A4-CD97C1C73BE4_w640_r1_sİtaliyanın dövlət rəsmiləri bildirir ki, son 48 saat ərzində Aralıq dənizini keçməyə çalışan 6 min qaçqın xilas olunub.

İtaliya sərhəd qvardiyası iyunun 7-də bildirib ki, qaçqınlar İtaliya, Almaniya, Britaniya və digər Avropa ölkələrinin komandaları tərəfindən xilas olunub. Ümumilikdə 30 xilasetmə əməliyyatı aparılıb.

5851 qaçqının əksəriyyəti Liviya sahillərindən 80 kilometrliyində tapılıb. Onların hamısı İtaliyaya gedəcəkdi.

Bu il Afrikada Avropaya yol alan qaçqın və miqrantların sayı artıb. BMT 1800-dən çox qaçqının dənizdə batdığını bəyan edib.

AB cavab tədbiri kimi Aralıq dənizində nəzarəti gücləndirib. Ancaq artıq qitəyə yan almış qaçqınların taleyi məsələsi açıq qalır

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600