Araz Ağalarov :”Bu ölkə biznesinə mənfi təsir göstərir”

media-hightechnic-468x90

fhgfvjvc“Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ölkə biznesinə mənfi təsir göstərir”.

Bu sözləri “CrocusGroup” şirkətlər qrupunun sahibi Araz Ağalarov Ukraynada baş verən hadisələrlə əlaqədar olaraq Qərbin Rusiya iqtisadiyyatına qarşı tətbiq etdiyi sanksiyaları şərh edərkən bildirib.

“Sanksiyalar hər zaman pisdir. Hətta, əgər onlar (sansksiyalar) iqtisadi ziyan verməsə belə, psixoloji zərər gətirir. Bizim halımızda isə həm bu, həm də digər vəziyyətdən söhbət gedir. Bildiyiniz kimi xarici ödənişlər çətinləşib və nə vaxtsa aktiv işlədiyimiz ölkələrdən çatdırılmada problem yaranıb. Təbii olaraq bu, ölkənin ümumi iqtisadi vəziyyətinə mənfi təsirini saxlaya bilməzdi, ona görə də Rusiyaya sanksiyalarla təzyiqlərdə dəqiq yaxşı bir şey yoxdur”, – deyə Ağalarov bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600