!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arəstə Baxışova beynəlxalq “Florens Naytinqeyl” medalı ilə təltif olundu

!Reklam – Yazi

Dünyanın 18 ölkəsinin 25 görkəmli tibb bacısı silahlı konflikt və ya təbii fəlakət qurbanlarına müstəsna cəsarət və fədakarlıqları münasibətilə verilən beynəlxalq “Florens Naytinqeyl” medalı ilə təltif olunub.

Yenicag.az xəbər verir kimi, mükafatla layiq görülənlər arasında Azərbaycanın Vətən müharibəsinin yeganə şəhid qadını Arəstə Baxışova da var.

Qeyd edilir ki, COVID-19 pandemiyasının əvvəlindən 19 tibb bacısı tez-tez mürəkkəb şəraitdə çalışıblar. Onlar müxtəlif səbəblərdən dünyalarını dəyişiblər. “Florens Naytinqeyl” medalının verilməsi üzrə Komissiya Beynəlxalq Tibb Bacıları Günü münasibəti ilə həmin tibb bacılarının xüsusi sədaqətini ayrıca qeyd edib.

Medalı alanlar öz ölkələrinin Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və ya Beynəlxalq Qırmızı Aypara Cəmiyyətinın yerli qurumları və bu təşkilatların komissiyaları tərəfindən təyin ediliblər.

Qeyd etdiyimiz kimi, Azərbaycandan bu mükafata Vətən müharibəsinin yeganə şəhid qadını, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri Arəstə Baxışova ölümündən sonra layiq görülüb. Onun hərbi münaqişə və təbii fəlakətlər vəziyyətində Beynəlxalq Qızıl Xaç Komitəsi ilə fəal əməkdaşlıq etməsi vurğulanıb.

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv