!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Arif Həşimovun elan etdiyi “PREZİDENTLİK”: AMEA rəhbəri “icra edən” vəzifəsini niyə bəyənmir? – FOTOFAKT

!Reklam – Yazi

Milli Elmlər Akademiyası (AMEA) prezidentinin vəzifəsini icra edən Arif Həşimov rəsmi sənədləri arzuladığı “status”la imzaladığı üzə çıxıb.

Yenicag.az-a daxil olan məlumata əsasən, AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov imzaladığı rəsmi sənəddə özünü “AMEA-nın prezidenti” kimi qeyd edib.

Son dövrlərdə mediada və sosial şəbəkələrdə müntəzəm hallandırılan, haqlı tənqidlərə tuş gələn AMEA ilə bağlı qəribəliklər səngimir.

Bununla bağlı növbəti fakt Akademiyanın rəhbəri Arif Həşimovun rəsmi vəzifəsinin adını “dəyişərək” imzaladığı sənəddə özünü “icra edən” yox, “AMEA-nın prezidenti” vəzifəsində göstərməsi olub.

Aspiranturaya və dissertanturaya qəbul planına dair əldə etdiyimiz sənədə Arif Həşimov məhz “AMEA-nın prezidenti” kimi imza atıb və sənəd müvafiq bölmələrə bu formada göndərilib.

Lakin bir qədər sonra imzaladığı sənəddəki uyğunsuzluğa diqqət yetirən, bunun ciddi pozuntu olduğunu fərq edən Arif Həşimov təlimatı geri toplatdırıb.

Buna baxmayaraq, bəzi nüsxələr Akademiyanın rəhbərinə qaytarılmadan ictimailəşib. Vurğulanan pozuntunun Arif Həşimovun AMEA-nın tam səlahiyyətli prezidenti təyin edilməsinə təkan verəcəyi isə böyük sual altındadır.

www.yenicag.az

581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv