Arif Məmmədov ittihamlara cavab verdi: “…, çirkin sifarişin icraçısıdır”

media-hightechnic-468x90

sefir_arif_memmedov111İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədov özü haqqında irəli sürülən iddialara cavab verib.

Diplomat bu barədə özünün Facebook səhifəsində yazıb. O, bildirib ki, Azərbaycanın bəzi mətbuat orqanlarında ünvanına nəhəng çirkab lavası atılmasına görə çox qəzəblənib və buna təəccüb edib:

“Çünki mən əslində son günlər Prezidentin dediklərini təkrar etmişəm.

Xoşbəxtlikdən, Azərbaycanın peşəkar jurnalistləri və bir çoxları məni Azərbaycan dövlətçiliyinə və xalqına sadiq bir insan kimi tanıyırlar. Demək olar 20 ildir ki, müxtəlif beynəlxalq təşkilatlarda mən öz ölkəmin maraqlarını qoruyuram. Fəxr edirəm ki, mənim bu istiqamətdəki fəaliyyətim heç də pis alınmayıb. Bizim bütün diplomatlarımız, jurnalistlərimiz və normal insanlarımız bundan xəbərdardırlar. Təəəssüf edirəm ki, mənim profilimin «layk»ına yönəlmiş kampaniyaya bir çox peşəkar diplomatlar da qoşulublar. Həm də təəssüf edirəm ki, bütün bunlar barədə Azərbaycandakı və xaricdəki diplomatik nümayəndəliklərdə oxuyurlar.

Ölkənin Xarici İşlər Nazirliyini dövlətə xəyanətdə ittiham etmək yalnız xəstə təxəyyülü olan insanın beyninə gələ bilərdi. Bəs bu paskvilin Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə, ölkənin imicinə və digər məsələlərə təsirinin nəticələri barədə düşünübmü? “Dostlar”ın məyus olacağını bilsəm də, deməliyəm ki, mən təmiz azərbaycanlıyam və qan qarışıqlığım yoxdur. Bu gün istənilən düzgün insana “ermənidir” damğası vurmaq dəbdədir. Bu saxtakarlığı ortaya atan “dərin ağıllar” başqa nə düşünə bilərdi ki? Mən vaxtı ikən Avropa Şurası nümayəndə heyətində səfir qismində təcridxanaya getdim və orada Eynulla Fətullayevə baş çəkdim. Onun baxışları adamda mərhəmət hissi oyadırdı. Mən ondan incimirəm. Allah özü hakimi olsun. O, sadəcə çirkin sifarişin icraçısıdır. Mən bu oyunu fikirləşənləri çox gözəl tanıyıram və ümid edirəm ki, bir gün onlar səhvlərini anlayacaq. Mən onları bağışlaya biləcəm. Hər kəsə mənəvi dəstəyə görə təşəkkür edirəm. Bütün yazılanlardan sonra kimin vətənpərvər, kimin satqın olduğuna özünüz qərar verin”.

Arif Məmmədov Binəqədidə baş vermiş məlum yanğın hadisəsinə görə məmurları pisləyən bəyanat yayıb. Bundan sonra isə bəzi KİV-lərdə Arif Məmmədovu ittiham edən məlumatlar yazılıb. bu yöndə açıqlamalar verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600