Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Arif Quliyev ECMO cihazına qoşulub

Koronavirusa yoluxan Xalq artisti Arif Quliyev ECMO cihazına qoşulub.

Yenicag.az xəbər verir ki, bu barədə xalq artistinin oğlu Rövşən Quliyev məlumat yayıb.

O bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, A.Quliyevin müalicəsi “Yeni Klinika”nın Reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 %-nin zədələndiyini bildirirlər.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Loading...

www.yenicag.az

216
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100