Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Arif Quliyev: “O qədər ölüm xəbərim yayılıb ki, öləndə heç kim inanmayacaq”

“Bu yaxınlarda Arif Quliyev adlı musiqiçi dünyasını dəyişdi, hamı elə bildi ki, rəhmətə gedən mənəm. O qədər ölüm xəbərim yayılıb ki, doğrudan öləndə də heç kim inanmayacaq”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış aktyor Arif Quliyev deyib.

Aktyor bildirib ki, bir müddət öncə Arif Quliyev adlı musiqiçinin ölüm xəbəri sevənlərini çaş-baş qoyub və hər kəs onun rəhmətə getdiyini zənn edib:

“Salyanda Arif Quliyev adlı klarnet ifasıçı rəhmətə gedib, hamı elə bilib ölən mənəm. Hətta mənim fotomu qoyanlar da oldu. Telefonlarım susmadı. Bir nəfər ağlaya-ağlaya zəng etdi ki, bu xəbəri eşidib, başımı itirmişəm, səni görməsəm, sağ olduğuna inanmaram. Axırda məcbur qalıb, Yasamalda onunla görüşdük. Dedim, bəs deyirdin başını itirmisən yerindədir ki? Adamın nə qədər ölüm xəbəri çıxar?”

Aktyor səhhətinin yaxşı olduğunu deyib və zarafatından da qalmayıb:

“Şükür yaxşıyam. Koronavirusa görə qorunuram. Arada vitaminlər qəbul edirəm. Koronavirus məni tuta bilir ki, yoluxdursun da? Evdə oluram. Arada darıxanda kostyumumu geyinib, qalstukumu taxıram, bu otaqdan o birinə keçirəm. Elə zəng edirəm ki, gəzməyə gedib, qayıdıram. Başqa çıxış yolum da yoxdur”.

Cəvahir

www.yenicag.az

1850