Böyük Britaniyanın növbəti baş naziri İsrail ilə bağlı planının açıqladı
Böyük Britaniyanın yeni baş naziri olacağı gözlənilən Endi Börnhem İsrailin Qəzzadakı hərəkətlərinə görə rəsmi Təl-Əvivə təzyiqlərin artırılmasının vacibliyini bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə o, “The Guardian” qəzetinə müsahibəsində danışıb. Börnhem hazırkı Baş nazir Kir Starmerin 2023-cü ilin oktyabrında HƏMAS-ın hücumundan sonra İsrailin Qəzzadakı hərbi əməliyyatlarına verdiyi ilkin reaksiyanı tənqid edib. Onun sözlərinə görə, Böyük Britaniya atəşkəs çağırışını gec səsləndirib və indi İsrailə qarşı əlavə təzyiq mexanizmlərini nəzərdən keçirməlidir.
Börnhem bildirib ki, bu addımlar Qəzzada zorakılıqda iştirak edən şəxslərə qarşı yeni sanksiyaların tətbiqini, eləcə də qeyri-qanuni yəhudi yaşayış məntəqələri ilə ticarətin qadağan edilməsini əhatə edə bilər.













