Xalq artistinə TƏZYİQ: "Məni hər yerdə söyürlər, başa sala bilmirəm ki..."

media-hightechnic-468x90

 

media-banner_tkm

“Tamaşaçılar oynadığım bu obraza görə mənə nələr yazdılar, söydülər, qınadılar…”

Bu sözləri Yenicag.az-a açıqlamasında “Xəyanət” serialındakı Süleyman obrazını canlandıran tanınmış aktyor, Xalq artisti Şamil Süleymanlı deyib.

Mənfi obraza çəkilən və təbii, uğurlu aktyor oyunu nəticəsində tamaşaçı qınağına, eləcə də nifrətinə tuş gələn Xalq artisti narahatlığını belə ifadə edib:

“Tamaşaçılar hər yerdə məni söyürlər, başa sala bilmirəm ki, Süleyman mən deyiləm, serialdakı obrazdır. Amma onu da deyim ki, mənfi obraz olsa da, Süleymanın bir müsbət cəhəti var: o, heç vaxt heç kimə xəyanət etmir. Övladına görə qisas alır və əvvəlcədən də bunu hər kəsə açıq şəkildə deyir. Hər kəsə elan edir ki, oğlumun qisasını alacağam. Amma tale sonda ona etdiyi bütün pisliklərin cavabını verir. Bunu da serialın sonunda tamaşaçı görür. Süleymana taleyin ən böyük cəzası bu olur ki, o, övladlarını itirir”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05