!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Artan pensiya yaşı, azalan pensiyaçılar: "İnsanların təxminən yarısı ödəniş ala bilmir" - ETİRAZ

!Reklam – Yazi

Ölkəmizdə qanunvericiliyə əsasən pensiya üçün kişilərdə yaş həddi 65, qadınlarda 63 yaşdır. Lakin bu yaş limiti cəmiyyətdə birmənalı qarşılanmır və əskəriyyət düşünür ki, yaş həddi aşağı salınmalıdır.

Mövzu ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı Yenicag.az-a açıqlamasında bildirib ki, pensiya yaşının yüksək olması vətəndaşların zamanında ödədikləri sosial sığortanın batmasına səbəb olur:

“Əslində yeni pensiya sistemi təəssüf doğurur. İnsanlar öz sosial sığortası hesabına pul yığırlar ki, pensiyaya çıxanda ala bilsinlər. Lakin bu insanların təxminən yarısı pensiya ala bilmir. Çünki 65 yaşa kimi çatmırlar. Bu, o deməkdir ki, insan 25-30 il işləyərək vergi versə də, pensiya ala bilmir və pensiya məbləği ailəsinə də verilmir. Azərbaycan üçün 65 yaş çox yüksək göstəricidir. Bu göstəricini başqa ölkələrlə müqayisə edirlər, lakin bu yanaşmanı doğru hesab etmirəm. Ona görə ki, həmin ölkələrdə orta ömür müddəti bizimkindən xeyli dərəcədə yüksəkdir. Bu baxımdan həmin vətəndaşlar dövlətdən minimum 10-15 il pensiya ala bilirlər.

Bəzi ölkələrdə Özəl Pensiya Fondları var. Vətəndaşlar özünün sosial sığortasını bu fonda ödədikdən sonra məbləğin üzərinə müəyyən qədər faiz gəlir. Eyni zamanda vətəndaş dünyasını dəyişəndən sonra şəxsin yaxınları həmin məbləği götürə bilir. . Yaxşı olardı ki, bu fonddan ölkəmizdə də olsun. Hazırkı pensiya sistemini çox ədalətsiz qiymətləndirirəm. Pensiya yaşının yüksək olması cəmiyyətimizə adekvat deyil. Ona görə də pensiya yaşı ən azı 5 il aşağı salınmalıdır. Statistikaya görə, kişilərin 60 faizi pensiya yaşına çatmamış vəfat edir”.

Gülşən Şərif

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv