!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arvadı ilə birlikdə valideynlərini öldürən gəncə ağır cəza - Şirvanda

!Reklam – Yazi

Şirvan Apellyasiya Məhkəməsində Masallı rayonunda həyat yoldaşı ilə birlikdə valideynlərini qətlə yetirən şəxslə bağlı məhkəmə hökmündən verilən apellyasiya şikayətinə baxılıb.

Yenicag.az APA-ya istinadən bildirir ki, Mil-Muğan bürosunun məlumatına görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya protesti qismən təmin edilib.

Ağayev Azər Etibar oğlunun cəzası dəyişdirilərək ömürlük həbs cəzası ilə əvəz edilib.

Onun həyat yoldaşı Ağayeva Bəstəgül Lətif qızı barəsində birinci instansiya məhkəməsinin çıxardığı qərar isə qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2017-ci ilin iyunun 5-də Masallının Miyenkü kəndində dəhşətli qətl hadisəsi baş verib. Həmin kəndin sakinləri, 1989-cu il təvəllüdlü Azər Ağayev həyat yoldaşı 1979-cu il təvəllüdlü Bəstəgül Ağayeva ilə birgə ailə-məişət münaqişəsi zəminində valideynləri – 1962-ci il təvəllüdlü Ağayev Etibar Qiyas oğlunu və 1962-ci il təvəllüdlü Ağayeva Rəfiqə Qurban qızını balta ilə amansızlıqla qətlə yetiriblər.

Daha sonra meyitləri həyətlərindəki tövlədə basdıraraq üzərini betonla örtüblər. İyunun 5-dən yoxa çıxan ər-arvadla maraqlananlara Azər Ağayev onların Rusiyaya yollandığını deyib. İyunun 9-da hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, yoxa çıxan ər-arvadı oğlu və onun həyat yoldaşı qətlə yetirərək tövlədə basdırıb.

Qətli törətməkdə şübhəli bilinən ər və arvad saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağayev Azər Etibar oğlu və onun həyat yoldaşı Ağayeva Bəstəgül Etibar qızı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.7, 120.2.9 maddələri ilə təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilib.

www.yenicag.az

2306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv