!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arvadı ilə dalaşıb hava almağa çıxan kişi piyada 420 kilometr yol getdi - FOTO

!Reklam – Yazi

Evdəki söz-söhbətdən bezərək, başını götürüb qaçan kişini özgə şəhərdə tapıblar.

Yenicag.az xəbər verir ki, bu inanılmaz hadisə İtaliyanın Komo şəhərində yaşanıb.

Məlumata görə, adının çəkilməsini istəməyən Komo şəhərindən olan 48 yaşlı kişi evdən çıxaraq ancaq düz istiqamət götürüb. Onu altı gündən sonra dayandırmaq mümkün olub, polislər komendant saatını pozduğu üçün kişini saxladıqları zaman onun öz şəhərində itkin düşmüş hesab olunduğunu öyrəniblər – həyat yoldaşı ərinin itkin düşməsi ilə bağlı hüquq mühafizəçilərinə müraciət edib. Söhbət zamanı isə o, bu qədər uzağa gedəcəyini düşünmədiyini bildirib.

Yaxınlarına onun sağ olduğu barədə məlumat verildikdən sonra kişi 400 avro (825 AZN) cərimələnərək (komendant saatını pozduğu üçün) buraxılıb.

Bu müddət ərzində nəqliyyat vasitələrindən istifadə etmədiyini, yemək və içməyi isə xeyirxah insanlardan aldığını bildirib.

“Halım yaxşıdır, sadəcə, bir qədər yorulmuşam”, – deyə o qeyd edib.

www.yenicag.az

2872
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv