Arvadını döyərək qətlə yetirdi-Foto
Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, Orhan Y. adlı şəxs birlikdə yaşadığı rəsmi nigahda olmadığı arvadını vəhşicəsinə döyərək qətlə yetirib. Qonşuların verdiyi xəbərə görə, onlar tez tez mübahisə edirdi. Gecə saatlarında aralarında başlayan mübahisə zamanı Orhan həyat yoldaşı Yeşim Korkmazı döyüb. Başından aldığı zədə nəticəsində o, dünyasını dəyişib. Orhan hadisə yerinə gələn polislər tərəfindən saxlanılıb.
Qeyd edək ki, onların 3 yaşında qızları var.