!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aşağılıq kompleksinin yaranma SƏBƏBLƏRİ: Valideynlər nələrdə səhvə yol verirlər?

!Reklam – Yazi

“Aşağılıq komlpeksi hər kəsdə fərqli şəkildə özünü büruzə verə bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında insanlarda aşağılıq kompleksinin yaranmasının səbəbləri və bu kompleksin yarada biləcəyi fəsadlar haqda danışan psixoloq Ezgi Şahin deyib.

Onun sözlərinə görə, aşağılıq kompleksi uşaqlıq dövründə nə etsələr belə, valideynlərini razı sala bilməyən, onların gözündə yüksələ bilməyən şəxslərdən formalaşır:

“Uşaq yaşda nə etsə də, valideyn razı qalmır, “sən əskiksən”, “xalqın uşağı səndən yaxşıdır” deyən valideynlərin övladlarında bu kompleks özünü göstərir. Başqaları ilə müqayisə etmə, övladını kiçik görmə kimi davranışlar bəzi valideynlərdə daha çox görünür. Daha sonra yetkinlik dövrünə gəldikdə həmin şəxslər ya özü başqalarına aşağıdan yuxarı baxaraq bundan zövq alır, ya da aciz bir insana çevrilir. Bu, bəzilərində isə ifrat dərəcədə psixoloji problemlərə gətirib çıxara bilir. Hətta qeyd edim ki, bu komplekslə böyüyənlər özlərinə bilərəkdən zərər də verə, emosional məhrumiyyətliyini özünə əziyyət verərək də göstərə bilər”.

Psixoloq qeyd edib ki, aşağılıq komlpeksi hər kəsdə fərqli şəkildə özünü büruzə verə bilər:

“Lakin indiki dövrdə bir çox insanda özünə inamsızlığın əsas səbəbi də məhz vaxtilə xor görülmüş uşaqlıq dövrü yaşayan şəxslər olur. Uşaqlıq, yeniyetməlik dövründə valideynlərinin təqdirini qazanmaq üçün hər şeyi edən lakin “afərin”, “sən yaxşı uşaqsan” kimi sözlərlə qarşılıq görməyən uşaqların sonu bu şəkildə olur. Həmin şəxslər həyatlarında hansı nailiyyətləri əldə etsələr belə, bu onları qane etmir. Hətta pasiyentlərim arasında çox tanınmış, bacarıqlı həkimlər var ki, “mən heç vaxt yaxşı həkim ola bilməyəcəyəm” yaxud “daha da yaxşı ola bilərdim” kimi ifadələr işlədir.

Halbuki onlar çox bacarıqlı və sahəsini yaxşı bilən şəxslərdir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv