Abşeron rayonunda döyüş sursatları aşkarlanıb. Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanan sursatlara baxış keçiriblər. Məlum olub ki, bunlar istifadəyə yararlı 1 ədəd RQD-5 əl qumbarası və KPM-3U qurğusudur. Sursatlar aidiyyəti üzrə təhvil verilib.
Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.
(lent.az)