Yutub bu funksiyanı hamıya əlçatan etdi

media-hightechnic-468x90

YouTube” videoları müxtəlif dillərdə izləməyə imkan verən süni intellekt əsaslı avtomatik səsləndirmə funksiyasını yeniləyib. Bu funksiya 27 dil dəstəyi ilə bütün istifadəçilərə təqdim edilib.

“Yenicag.az” xarici mətbuata istinadən xəbər verir ki, sözügedən texnologiya ilk dəfə 2024-cü ildə məhdud sayda kontent istehsalçısı ilə sınaqdan keçirilmişdi və videoların əsas dilindən başqa dillərdə də izlənməsinə imkan yaradır.

Bu funksiya sayəsində məzmun istehsalçıları videolarının kəşf olunma faizini artıra bilər, istəməyənlər isə funksiyanı tamamilə söndürə bilərlər.

Platforma dekabrda gündə altı milyondan çox izləyicinin süni intellektlə səsləndirilmiş məzmun izlədiyini bildirib və robotik səslənmə problemini aradan qaldırmaq üçün “İfadəli danışıq” funksiyasını istifadəyə verib.

İngilis və ispan dilləri daxil olmaqla səkkiz dildə təqdim olunan bu yenilik danışanın tonunu və emosiyasını qoruyaraq daha təbii təcrübə yaratmağı hədəfləyir.

İstifadəçilər parametrlərdən “Seçilən dillər” bölməsi vasitəsilə səsləndirmə, başlıq və təsvirlər üçün istədikləri dilləri seçə bilirlər. Bundan əlavə, şirkət tərcümə edilmiş səs ilə danışanın dodaq hərəkətlərini uyğunlaşdıran “Dodaq sinxronizasiyası” funksiyası üzərində də işlərini davam etdirir.

Funksiyadan istifadə edə bilmək üçün kompüterdən “YouTube Studio” hesabınıza daxil olun və sol menyudan “Parametrlər” bölməsinə keçin. Daha sonra “Qabaqcıl” seçin. “Avtomatik səsləndirməyə icazə ver” seçimini aktiv edin. Səsləndirmələri yayımlanmadan əvvəl yoxlamaq istəyirsinizsə, “Səsləndirmələri yayımlamadan əvvəl manual olaraq yoxla” seçimini də işarələyin. Yoxlama üçün bütün dillər və ya yalnız eksperimental dillər variantlarından birini seçin. Sonda yadda saxlamağı unutmayın.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05