Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ASGA və AMİİ azərbaycanlı gəncləri bir araya topladı – MOSKVADA,Fotolar

assssssMoskvada Azərbaycan xalqının ən möhtəşəm bayramlarından biri Novruz Bayramı Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyətinin inkişafı və intibahı fondu tərəfindən möhtəşəm şəkildə qeyd edilib.

ASGA Rusiya nümayəndəliyinin icracı direktoru Xəzər Qarayevin verdiyi məlumata görə, tədbirin əsas məqsədi ilk öncə azərbaycan gənclərini bir süfrə arxasına yığmaq, azərbaycanlı tələbələrə adət-ənənələrimizi xatırlatmaq və yaşatmaq olub.

Tədbir təşkilatçıları AMİİ fondunun sərdri Şamil Tağıyev və ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev də Novruz Bayramının Azərbaycan xalqının qədimliliyinin nümayişi olduğunu bildiriblər. Bayramın ölkəmizin həyatında özünəməxsusluğunu qeyd ediblər.

Tədbirdə Azərbaycanlılarla yanaşı, Rusiyanın tanınmış simalrı, dövlət və hökümət nümayəndələri də iştirak ediblər.

Bayram şənliyi novruz müsabiqələri ilə davam etdirilib. Tələbələr arasında papaq atdı, yumurta döyüşü keçirilib, Novruz bayramı haqqında suallar verilib. Qaliblərə isə təşkilatcılar tərəfindən bayram sovqatı və qiymətli hədiyyələr təqdim olunub.

Tələbələrin milli rəqslərimizi canlandırması və musiqi alətlərimizdə ifası, yadda qalan məqamlardan olub. Ən maraqlısı isə azərbaycan dilini öyrənən Rusiyada böyüyən həmyerli gənclərimizin Azərbaycan dilində şerlər səsləndirmələri olub

Qeyd edək ki ASGA və AMİİF artıq üçüncü ildir ki Azərbaycanın milii bayramlarını və önəmli tədbirləri birgə keçirirlər bu da diasporumuzun birliyinə doğru atılmış addımdır.

Loading...

www.yenicag.az

677
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100