"Ziraat Bank Azərbaycan" "Bank tərəfdaş" mükafatı ilə təltif edilib - FOTO

media-hightechnic-468x90

2025-ci il 24-25 iyun tarixlərində Bakı şəhərində keçirilən “FINTEX SUMMIT BAKU 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” çərçivəsində “Ziraat Bank Azərbaycan” ASC ölkə və regionun maliyyə sektorunda baş verən yeniliklərə dəstək verən aparıcı iştirakçılardan biri kimi təmsil olunub. 

Yenicag.az xəbər verir ki, nüfuzlu beynəlxalq tədbirdə iştirakına və göstərdiyi dəstəyə görə “Ziraat Bank Azərbaycan” ASC Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Bank tərəfdaş” mükafatı ilə təltif edilib.

Qeyd edək ki, “FİNTEX SAMMİT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi və Visa şirkətinin qlobal tərəfdaşlığı ilə həyata keçirilib.

“Ziraat Bank Azərbaycan”ın da tərəfdaşlığı ilə keçirilən tədbir “Bankçılıq və maliyyə ekosistemində yeni trendlər: Rəqəmsal inteqrasiya, fintex tərəfdaşlıqları və kibertəhlükəsizlik” mövzusuna həsr olmuşdur. İki gün davam edən sammitdə əsas diqqət maliyyə texnologiyalarının tətbiqi, rəqəmsal ödəniş ekosistemləri, süni intellektin bankçılıqda istifadəsi, açıq bankçılıq, regtech həlləri və dinamik şəkildə inkişaf edən bank-fintex əməkdaşlıq modellərinə yönəlmişdir. Eyni zamanda, kibertəhlükəsizlik və rəqəmsal mühitdə məlumatların mühafizəsi üzrə çağırışlar da geniş müzakirə edilmişdir.

Qeyd edək ki, tədbirdə ABŞ, Avropa İttifaqı, MDB, Yaxın Şərq və Asiya-Sakit okean regionlarını təmsil edən 300-ə yaxın beynəlxalq və regional təşkilat iştirak etmişdir.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli, 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət təqdim edir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

  • "Ziraat Bank Azərbaycan" "Bank tərəfdaş" mükafatı ilə təltif edilib - FOTO

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600