“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın
“Poz-Qazan” oyunları iyun ayında rekord sayda böyük uduşlarla yadda qalıb. Belə ki,
ötən ay nə az, nə çox düz 33 biletdə böyük uduş qeydə alınıb.
Ayın ən böyük uduşu Xırdalanda “10X” lotereyasından qazanılıb. Töhfə Səlimova 200
000 manat udaraq adını bəxtəvər qaliblər sırasına yazdırıb.
Yeni satışa çıxmış “Sür-Qazan” lotereyası isə düz 19 biletdə 10 000 manatlıq böyük
uduşla sevindirib. Uduşlu biletlər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Salyan, Zaqatala,
Balakən, Cəlilabadda qazanılıb. Qaliblər sırasında Alıyar Mirzəyev, Elmir Cəbrayılov,
Elnur Abdullayev, Lalə Mirzəyeva, Könül Tomuyeva, Bəxtiyar Abdullayev, Rafəddin
Əliyev olub. Bakıda “Xoşbəxt” lotereyası isə 50 000 manat böyük uduşla Gülməmməd Xəlillini xoşbəxt edib. “Xoşbəxt”də daha bir biletdə 5000 manat Qubada udulub.
“Uğurlu 7” də bir biletdə 50 000, 3 biletdə isə 10 000 manatla uğur gətirib. Biletlər Bakı, Abşeron, Naxçıvan və Göyçayda alınıb.
“Prestij” lotereyasında da bir biletdə 50 000, 3 ədəd biletdə də 5 000 manat qazanılıb.
Uduşlu biletlər Bakı və Bərdədən alınıb. Şanslı qaliblərdən biri Vəli Əliyev olub.
“Qızıl” lotereyasından 2 böyük uduş – 25 000 manat Bakı və Xaçmazda qazanılıb.
Qaliblərdən biri Seymur Səmədov olub. Gəncədə “Xəmsə” lotereyası isə 5555 manatla
sahibini sevindirib.
“Poz-Qazan” üzrə uduşlardan 4-ü OBA-da qeydə alınıb. Uduşlu biletlər OBA-nın
İnşaatçılar metrostansiyası yaxınlığında, Hökməli, Mərdəkan qəsəbələrində və
Cəlilabadda yerləşən mağazasından alınıb.
Qeyd edək ki, “Poz-Qazan” oyunlarında 5 000-dən 500 000 manatadək böyük uduşlar
şanslı qaliblərin yolunu gözləyir. Biletləri “Azərlotereya” satış nöqtələri və “Misli”
məntəqələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən, eləcə də 1500- dən çox OBA mağazasından əldə etmək mümkündür.