Asiyanın “Ən varlı adamı”
“Bloomberg” agentliyi Asiyanın ən varlı adamının adını açıqlayıb, – “Korespondent”.
“Alibaba” internet mağazasının sahibi olan Cek Ma Asiyanın ən varlı adamı olub. 50 yaşlı Ma “Cheung Kong Group və Hutchinson Whampoa” şirkətlərinin sahibi olan Li Kaşini keçərək birinci pillədə bərqərar olub. 86 yaşlı Li Kaşin son illərdə Asiyanın ən varlı adamı olub.
“Bloomberg” agentliyinin reytinqinə əsasən, Cek Manın vəsaiti 28,6 milyard dollar civarında dəyərləndirilib. O, 300 min dollarla Li Kaşinı qabaqlaya bilib.
Qeyd edək ki, Ma ingilis dili müəllimi çalışıb. O, 1999-ci ildə “Xançjou” şirkətini təsis edib. Bu şirkət 259 milyard dollar vəsaitə malikdir. Bu göstərici ilə “Xançjou” rəqibləri “Amazon” və “eBay” şirkətlərini qabaqlayır.
(deyerler.org)