!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ata-ana bəzən övladına görə qoruduğu ailədə gələcəyin problemli insanını böyüdür” – Psixoloq

!Reklam – Yazi

“2024-cü ilin ilk dörd ayı ərzində Azərbaycanda 6 min 933 boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı dəyişməyərək eyni səviyyədə qalıb 2,1. Bu, əslində çox böyük rəqəmdir və ailə institutunun dağılmasına doğru böyük təhlükədir”.

Bu sözləri psixoloq Elnarə Kərimova Referans.az-a açıqlamasında deyib.

O bildirib ki, bəzi ailələr isə boşanan cütlüklər qədər problemlidirlər:

“Onların həyatları bütünlüklə gərgin şəraitdə keçir, ancaq müəyyən səbəblərdən evliliyi davam etdirdiklərini bildirirlər. Bu “müəyyən səbəblər” sırasında ilk yerdə uşaqlar durur. Yəni həm ər, həm də arvad məhz uşaqlara görə gərgin şəraitdə də olsa, bu birliyi qoruyub saxlamağa çalışırlar, amma elə ilk növbədə boşanmamaq üçün əsas gətirdikləri uşaqların psixologiyasına hansı zərbələri vurduqlarını ya bilmirlər, ya da bu, onlar üçün sadəcə bəhanə olduğundan bunu arxa plana atırlar”.

Həmsöhbətimiz qeyd edib ki, gərgin şəraitdə yaşayan ailədə xoşbəxt uşaqların yetişməsi mümkün deyil:

“Uşaqlıq travmalarından danışmaq indi dəb olub. Demək olar ki, hər şeyi uşaqlıq travmasına bağlamağa cəhdlər var. Birmənalı olaraq demək olar ki, münasibətlərin gərgin olduğu, tərəflərdən birinin digərinə fiziki, psixoloji zorakılıq göstərdiyi, xoşbəxt olmayan ailələrdə yetişən uşaqlarda bu travma qalır və bütün həyatı boyu onu izləyir. Belə ailədə böyüyən uşaqlar arasında mümkün qədər tez ata-anasından “yaxa qurtarmağa” çalışanlar, əgər zorakılığa məruz qalan tərəf anasıdırsa, gələcəkdə onu atasından qorumaq üçün yollar axtaranlar, bunun yolunu tapa bilmədikdə isə zərərli vərdişlərə qoşulanlar, daha irəlidə özü də zorakılıq edən tərəfə çevrilənlər var. Yəni ata-ana bəzən fərqində olmadan övladı naminə qoruyub saxlamağa çalışdığı ailədə gələcəyin problemli insanını böyüdür. Dünya üzrə kriminaloji hadisələrin xronikasına baxanda, uşaqlıq travması almış şəxslərin belə hadisələrin mərkəzində dayandığını görə bilərik. Müqayisə qüsurludur, amma hər halda demək istəyirəm.

Bu yaxınlarda cinsiyyətini dəyişmiş keçmiş fəalın canlı yayımı qarşıma çıxdı. Ağlayırdı və uşaqlığında anasının gözü qarşısında hər gün döyüldüyünü deyirdi və aydın idi ki, bu hadisə onun psixologiyasına necə böyük zərbə vurub. Baxmayaraq ki, sonrakı illərində, məhkəmlik olduğu dövrlərdə yanında məhz atası olmuşdu, amma üstündən illər keçib və o, uşaqlığındakı həmin günləri xatırlayanda ağlayır”.

Psixoloq övladları üçün istər bir evdə, bir ailə daxilində, istərsə də ayrıdırlarsa, ayrı-ayrılıqda xoşbəxt valideynin lazım olduğunu deyib:

“Xoşbəxt olmayan valideynin övladına verdiyi sevgi tam deyil. Maddiyyat verə bilər, təhsil verə bilər, təminatlı gələcək də verə bilər. Amma özü xoşbəxt olmayan valideyn övladına xoşbəxtlik verə bilməz. Valideynlər bütün bəhanələrinin başında övladlarını gətirməzdən əvvəl ilk növbədə bunu düşünsünlər”.

COP29

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv