!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Atakişiyevin yerinə Fərhad Əliyev təyin edildi - Daha üç yeni TƏYİNAT

!Reklam – Yazi

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) 3 törəmə şirkətinə yeni direktor təyin edilib.

Yenicag.az Report-a istinadla xəbər verir ki, indiyə qədər “STP Alüminium” və “STP-AH” MMC-lərə rəhbərlik edən Rauf Atakişiyev bu vəzifələrindən də kənarlaşdırılıb. Şirkətlərə rəhbərlik müvafiq olaraq Fərhad Əliyevə və Kunuralp Yurterə həvalə olunub.

Bundan başqa, “STP Global Cable” MMC-nin direktoru dəyişib. Bu vəzifədə İdris Mustafayevi Abdurrahman Gungor əvəz edib.

STP-nin 4-cü törəmə şirkəti – “STP Metal Structures” MMC-nin direktoru Fərid Ağayev isə vəzifəsində saxlanılıb.

Xatırladaq ki, adı çəkilən Fərhad Əliyev vaxtı ilə İqtisadi imkişaf naziri vəzifəsində işləyib.

Hələ 4 il əvvəl onun Sumqayıt Texnologiyalar Parkına (STP) rəhbər təyin olunması ilə bağlı məlumat yayılsa da, bu, qısa zamanda təkzib olunmuşdu. İndisə vəziyyət dəyişib.

STP-dən Mia.az-a bildirilib ki, yeni təyinatda adı hallanan Fərhad Əliyev, sabiq nazir Fərhad Əliyev deyil:

“Təyinat söhbəti gedən Fərhad Əliyev əvvəldən burada işləyib, müavin idi. Yəni məsələ sabiq nazirdən getmir”.

www.yenicag.az

846
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv